Avropa Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.
Ötən gün daha 23 oyun keçirilib.
Təmsilçimiz “Qarabağ” A qrupunda Bakıda heç-heçə etdiyi (2:2) APOEL-lə Kiprdə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Qrupun digər oyununda isə "Sevilya" "Düdelanj"ın qonağı olub və 5:2 hesabı ilə qalib gəlib.
4-cü turun oyunlarından sonra "Sevilya", "Bazel" və "Seltik" növbəti mərhələyə vəsiqəni təmin edib.